İngiltərə kubokunda 1/16 final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, raundun son qarşılaşmasında "Vest Bromviç"lə "Brayton" qarşılaşıb.

İlk görüşdə qolsuz heç-heçə etdikləri üçün təkrar oyuna çıxan rəqiblərin dueli əlavə vaxta qədər davam edib. Səfərdə oynayan "Brayton" 3:1 hesablı qələbə ilə mərhələ adlayıb. 1/8 finalda bu komandanın rəqibi "Derbi Kaunti" olacaq.

İngiltərə kuboku

1/16 final, təkrar oyun

6 fevral

"Vest Bromviç" – "Brayton" – 1:3, əlavə vaxtda

Bartli, 77 – Andone, 82, Mürrey, 104, 117

İlk oyun – 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest