Aç-2028 İtaliyada keçirilə bilər. Matc.az saytının məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina açıqlama verib.

"2028-ci il Avropa çempionatının İtaliyada keçirilməsi xəyal deyil. Bu, bizim proqramımızda yer alan yaxşı hazırlanmış ideyadır. üstəlik layihə bizə futbol infrastrukturumuzu gücləndirmək üçün yaxşı şans verəcək. ümid edirəm ki, UEFA bizim təklifimizi dəyərləndirəcək. Əlimizdən gələn hər şeyi edəcəyik ki, UEFA və FİFA bu ortaq layihənin reallaşmasında rol oynasınlar" – deyə federasiya rəsmisi bildirib.

Qeyd edək ki, Aç-2020 Bakı da daxil olmaqla Avropanın bir neçə şəhərində ortaq, Aç-2024 isə Almaniyada keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest