İspaniya La Liqasının XXII turu çərçivəsində baş tutan "Vilyareal" – "Espanyol" matçına çində maraq böyük olub. Matc.az saytının məlumatına görə, sözügedən qarşılaşmanı ekran qarşısında 40 milyon futbol azarkeşi izləyib.

Buna səbəb isə katalonların yeni transferi U Leydir. Belə ki, yanvar ayında "Şanxay Telleys" komandasından transfer edilən çin çempionatının bombardirinin oyununu izləmək üçün milyonlar ekran qarşısına toplaşıb. O, həmin görüşün 78-ci dəqiqəsində meydana çıxaraq yeni komandasında debüt edib.

Maraq üçün qeyd edək ki, həmin oyunu İspaniyada televiziya vasitəsilə cəmi 177 min adam izləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest