"Bavariya" heyətinə yeni oyunçu cəlb edib. Matc.az saytının məlumatına görə, münhenlilər "Hamburq"un hücumçusu Yann-Fite Arp ilə anlaşıblar.

Bu barədə klub özü açıqlama yayıb. 19 yaşlı futbolçunun keçidi ilə bağlı razılıq əldə edilsə də, onun komandaya nə zaman qoşulacağı hələ dəqiqləşməyib.

Belə ki, hücumçu özü istəsə, bu yay, istəsə 2020/21 mövsümünün əvvəlində ünvanını dəyişə biləcək.

Qeyd edək ki, bu mövsüm İkinci Bundesliqada 11 oyuna çıxan Arp bir məhsuldar ötürmə ilə fərqlənib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest