Yayda "Barselona" ilə müqavilə imzalayacaq Frenki de Yonq maraqlı tələblə üz-üzə qalıb. Matc.az saytının məlumatına görə, futbolçu özü bununla bağlı açıqlama verib.

Belə ki, katalonların texniki sponsoru "Nike" futbolkanın arxasında de Yonq deyil, Frenki yazılmasını istəyir. Şirkət bunu marketinq siyasəti ilə əlaqələndirir.

Yarımmüdafiəçi özü isə olanları belə izah edib: "İyulda "Barselona" ilə müqavilə imzalayacam. 21 nömrəli formanı istəyirəm. "Nike" isə məndən soyadımı deyil, adımı istifadə etməyimi istəyir. Bilmirəm, bunu qəbul edəcəmmi, ya yox".

Qeyd edək ki, hazırda "Barselona"da 21 nömrəli forma ilə Karles Alenya çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest