"Keşlə"nin nümayəndələri klubun azarkeşlər ilə görüşüb. Matc.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, tədbir "ASK Arena" stadionunun konfrans zalında baş tutub.

Görüşdə klubun rəsmi nümayəndələri və Azarkeş Klubunun bir qrup üzvün iştirak edib. Tədbirdə futbolda irqçiliklə mübarizə və əlil azarkeşlərə qayğı göstərilməsi məsələləri müzakirə olundu.

Hər iki məsələnin diqqət mərkəzində saxlanılmasının vacibliyi vurğulandı, futbol meydanlarında irqçiliyə və ayrı-seçkiliyə yol verilməməsinin zəruri olduğu bildirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest