28 Aprel 2022, 11:00
DİGƏR
Kubanın paytaxtı Havanada sayca 55-ci dəfə təşkil edilən şahmat üzrə ənənəvi "Kapablanka memorialı" davam edir. Matc.az xəbər verir ki, yarışın əsas turnirində iştirak edən qrosmeysterimiz Vasif Durarbəyli 6-cı turda kubalı İsan Reynaldo Ortız Suarez ilə heç-heçə edib.
ötən 6 turun nəticəsinə görə, şahmatçımız 3,5 xalla 4-cü yeri tutur.
Qeyd edək ki, turnirdə Kuba və Azərbaycanla yanaşı, ABŞ, Argentina, Hindistan və Türkiyədən 10 şahmatçı iştirak edir.