2019-cu ilin ən yaxşılarının mükafatlandırılma mərasiminin yerini və vaxtını açıqlanıb. Matc.az xəbər verir ki, FİFA bu tədbiri ilk dəfə İtaliyanın Milan şəhərində təşkil edəcək.

Tədbir məşhur "La Skala" teatrında baş tutacaq. Mərasim sentyabrın 23-də keçiriləcək.

Qeyd edək ki, 2018-ci ilin ən yaxşıları İngiltərə paytaxtı Londonda təltif olunmuşdular. Luka Modriç (Xorvatiya, "Real") ən yaxşı futbolçu, Didye Deşam (Fransa) ən yaxşı məşqçi adına layiq görülmüşdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest