"Mançester Yunayted"in sabiq futbolçusu Pol Skoulza "Oldhem"in baş məşqçisi olmağa icazə verilib. Matc.az xəbər verir ki, İngiltərə Futbol Liqası (EPL) futbol veteranına güzəşt tətbiq edilməsini məqsədəuğun sayıb.

Məsələ ondadı ki, "Selford" klubunun sahiblərindən olan Skoulz başqa komandada çalışmaq üçün mütləq icazə almalı idi. Aşağı dəstə təmsilçisinin səhmlərindən 10 faizinə malik olan Skoulz bu üzdən qurumdan icazə gözləyib. Bu icazədən sonra onun yeni ampluada debütünə əngəl qalmayıb.

Qeyd edək ki, "Oldhem" gücünə görə 4-cü divizion sayılan Liqa2-də 15-ci yerdə qərarlaşıb. Skoulzun "Selford"dakı şərikləri isə sabiq komanda yoldaşları Qari Nevil, Fil Nevil, Niki Batt, Rayan Qiqqz  və Devid Bekhemdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest