Portuqaliya millisinin futbolçusu Antoni Lopeş yığma karyerasını başa vurub. Matc.az xəbər verir ki, AVRO-2016-nın çempionu bundan sonra yalnız klubda oynayacağını açıqlayıb.

28 yaşlı qapıçı bu addımı çıxış etdiyi Fransa "Lion"u və şəxsi həyatına, ailəsinə daha çox vaxt ayırmaq istəməsi ilə izah edib.

Əsas yığmada 2015-ci ildə debüt edən Lopeş Portuqaliya millisində 7 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest