İtaliyanın U-19 yığmasının futbolçusu Sandro Tonali İngiltərə klublarının maraq dairəsinə düşüb. Matc.az xəbər verir ki, "Breşia"nın 18 yaşlı oyunçusunun xidmətində "çelsi" və "Liverpul" maraqlıdı.

Premyer Liqa təmsilçiləri Sandro üçün 43 milyon funt sterlinq təklif edir. B seriyasında çıxış edən "Breşia" isə yarımmüdafiəçisini satmaqla bağlı qərar verməyə tələsmir. Tonalinin klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Sandro cari mövsümün 20 oyununda 2 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. O, İtaliyanın U-19 yığmasında 11 matç keçirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest