09 Fevral 2019, 14:12
FUTBOL
İspaniyanın "Levante" klubunun futbolçusu Tonyo Qarsia həbs olunub. Matc.az xəbər verir ki, müdafiəçi hədə-qorxu gəlməklə pul qoparmaqda ittiham olunur.
29 yaşlı ispaniyalı cinayətkar qrupun digər 6 üzvü ilə birlikdə saxlanılıb. Onlar ümumilikdə 7 müxtəlif cinayət işi törətməkdə ittiham olunur. Qarsianın girov qarşılığında burazılmasına da qadağa qoyulub.
Qeyd edək ki, Tonyo 2014-cü ildən "Levante"də iştirak edir. Onun müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.