Fransanın "Lion" klubunun futbolçusu Ferlan Mendi karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, "Barselona" sol cinah müdafiəçisini heyətinə qatmaq niyyətindədi.

Kataloniyalılar 23 yaşlı fransalını yayda transfer etməyə qərar verib. Lakin "Barselona" rəhbərliyi bu keçidin baş tutmamasından ehtiyatlandığı üçün ehtiyat variant da fikirləşib.

Mendinin transferi həll olunmasa, İspaniya "Atletiko"sundan çıxış edən Filipe Luis sol cinahı gücləndirmək üçün heyətinə qatılacaq. 33 yaşlı futbolçu yayda azad agent statusu daşıyacaq.

Qeyd edək ki, "Barselona" "Betis"dən Junior Firponu da istəsə də, onun qiymətinin 50 milyon avrodu. Bu üzdən kataloniyalılar digər variantlara üstünlük verir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest