Topaz Premyer Liqasının XVI turu start götürüb. Matc.az xəbər verir ki, turun ilk görüşündə "Sabah"la "Qəbələ" qarşılaşır.

Oyun Masazırdakı "Əlincə Arena"da keçirilir. Matçı AFFA-nın baş katibi Elxan Məmmədov da izləyir.

O, Azərbaycan millisinin baş məşqçisi postuna namizəd olan xorvatiyalı Nikola Yurçeviçlə görüşüb. Baş katib görüşün ardından Premyer Liqa matçına yollanıb. Xorvatiyalı qonağın da bir neçə çempionat oyunu izləyəcəyi açıqlanıb.

Qeyd edək ki, ilk hissədən sonra "Qəbələ" 1:0 hesabı ilə qalib gəlir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest