Topaz Premyer Liqasının XVI turunun bu gün keçirilən "Sabah" – "Qəbələ" oyunu meydan sahiblərinin futbolçusu Marko Deviçin qırmızı vərəqə alması ilə diqqət çəkib. Matc.az xəbər verir ki, serb əsilli ukraynalı hücumçu görüşün ilk yarısında iki dəfə simulyasiyaya cəhd etdiyi üçün aldığı sarı vərəqələr səbəbindən meydandan qovulub.

Bu, forvardın Azərbaycan karyerasında ilk qırmızı vərəqə olub. Deviçin sonuncu dəfə belə halla üzləşməsi isə 7 il əvvələ təsadüf edib.

Maraqlıdı ki, fevralın 9-dakı matçda cəzalanan Deviç həmin vaxtda ayın eyni günündə "qırmızı" görmüşdü. Bu, hücumçunun Ukrayna "Metallist"ində oynadığı vaxta təsadüf edib.

O, 2012-ci il aprelin 9-də "Dnepr"lə çempionatın səfər görüşündə iki dəfə sarı vərəqə alıb. 2:2 hesabı ilə başa çatan matçın gedişində komandasını 2:1 hesabı ilə önə keçirdiyi vaxt ilk xəbərdarlığı görən serb 90-ci dəqiqədə "sarı"ları qoşalaşdıraraq meydandan qovulub. Deviçin növbəti qırmızı vərəqəsi 2497 gün sonra qeydə alınıb.

Qeyd edək ki, "Sabah"ın "9 nömrə"si komandasının cari mövsümdə vurduğu 14 qoldan 7-nə imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest