"çətin görüş oldu. "Qarabağ" çox istəkli başladı. Biz də yaxşı hazırlaşmışdıq. İlk 15-20 dəqiqə tam oyuna qoşula bilmədik. İlk hissədə üstünlük rəqibdədi idi. İkinci hissə "Sumqayıt"a layiq oyun oynadıq, buna görə futbolçulara təşəkkür etdim. İnanıram ki bu durumdan çıxa biləcəyik". Matc.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib. 

Gənc mütəxəssis daha sonra jurnaistlərin suallarını cavablandırıb.

– Start heyətdə gənclərə üstünlük verməyiniz nə ilə əlaqədar idi?

– Həftəiçi problemlərimiz oldu. Atilla Yıldırım xəstələnmişdi, Rail Məlikov da tam sağalmamışdı. Əfran İsmayılov iki məşqi buraxmışdı, kiçik problemləri var idi. Əlimizdə olan futbolçulardan istifadə etdik. Yoldaşlıq görüşündə də özlərini pis göstərmədilər.

– Peyman Babayidən gözlədiyinizi ala bilirsinizmi?

– Bizim çempionat çətindir, hər hücumçu gəlib uğurla çıxış edə bilmir. Peymanda potensial var. Onun əvəzlənməsinin səbəbi zədədir, əzələsi dartılmışdı. Tam üstünə gedə bilmərik, çalışacağıq, hər şey yaxşı olacaq.

– Son iki oyun uduzmaq futbolçulara necə təsir edib?

– Uduzmaq əlbəttə ki, pis təsir edir. Futbolda qalibiyyət də olur. Yaxşı komanda məğlub olanda bilinir. Bu nəticədən dərs çıxarmalıyıq. Qarşıda vacib oyunlar var, xal itirsək, çox çətin olacaq.

– İki fərqli "Sumqayıt" izlədik. Həqiqətənmi sizə Əfran İsmayılovsuz çətindir?

– Bu gün "Sumqayıt"da ən yaxşı futbolçulardan biri Əfrandır. Hücumçularımızın çox hissəsi onun üzərindən qurulur. İkinci hissə futbolçular bir az rahat oldu. Oynamağa davam edirdik, ancaq hücumda kəsərli deyildik. Əfranın bizdə olması böyük üstünlükdür.

– Uzaqdan zərbələri az yoxlamağınızın səbəbi nədir?

– Səbəb odur ki, vurmaq istəmirlər (gülür). Bu, zəif nöqtələrimizdən biridir. Rəqib imkan yaratmadı, ancaq epizodlar var idi, sadəcə yoxlamadıq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest