Futbol üzrə Portuqaliya çempionatında 33-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi "Tondela" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Jil Visente" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
 
Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
Hazırda 27 xalı olan "Tondela" 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest