13 May 2022, 18:11
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycanın kişilərdən ibarət cüdo millisinin üzvü Məmmədəli Mehdiyev Avropa reytinqində birinciliyi qoruyur. Matc.az xəbər verir ki, 29 aprel - 1 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatının bürünc medalını qazanan 29 yaşlı idmançı xalını 4657-yə çatdıraraq çıxış etdiyi 90 kiloqram çəki dərəcəsində liderliyini bir qədər möhkəmləndirib. Onu 4101 xalla macarıstanlı Kristian Tot izləyir.
Hazırda dünya reytinqində ikinci sırada yer alan Mehdiyev lider Davlat Bobonovdan (özbəkistan) cəmi 162 xal geri qalır.
Qeyd edək ki, M.Mehdiyev bu il də Təl-Əvivdə keçirilən "Böyük Dəbilqə"nin qalibi olub, Parisdə (Fransa) analoji turnirin isə gümüş medalına sahib çıxıb.