Topaz Premyer Liqasının XVI turu "Sabah"ın futbolçusu Elşən Abdullayev üçün əlamətdar olub. Matc.az xəbər verir ki, "Qəbələ" ilə qarşılaşmanın (0:1) gedişində debütantın heyətində meydana daxil olan, sonradan əvəzlənən yarımmüdafiəçi Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.
Premyer Liqada 2011/12 mövsümündə debüt edən Abdullayev bu görüşlərdə 9 qol vurub. İlk oyununu "Neftçi"də keçirən yarımmüdafiəçi ümumilikdə 5 klubda çıxış edib.
Mövsüm |
Klub |
oyun |
qol |
2011/12 |
Neftçi |
4 |
0 |
2012/13 |
Neftçi |
3 |
0 |
2013/14 |
Sumqayıt |
17 |
1 |
2013/14 |
Neftçi |
7 |
0 |
2014/15 |
Neftçi |
10 |
1 |
2015/16 |
Neftçi |
32 |
4 |
2016/17 |
Qarabağ |
2 |
1 |
2017/18 |
Zirə |
9 |
1 |
2017/18 |
Qarabağ |
5 |
0 |
2018/19 |
Sabah |
11 |
1 |
Cəmi |
5 klub |
100 |
9 |