UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Slovakiya yığmasının kapitanı Marek Hamşik milli karyerasını başa vurub.

UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Slovakiya yığmasının kapitanı Marek Hamşik milli karyerasını başa vurub. Matc.az xəbər verir ki, “Trabzonspor”un 34 yaşlı yarımmüdafiəçisi bu qərarını Slovakiya Futbol Federasiyasının rəsmi saytına açıqlamasında bildirib.
 
O, bundan sonra yığmada oynamayacağını söyləyib. Ulduz futbolçu qərar verməyin onun üçün asan olmadığını vuğrulayıb: “Uzun müddət düşündükdən sonra 15 illik milli karyeramı bitirməyin doğru olduğu qənaətinə gəldim. Yığmanı 50-dən çox oyuna kapitan kimi çıxardım, dünya və Avropa çempionatına qatıldım. Bu illər ərzində birgə çalışdığım məşqçilərə və komanda yoldaşlarıma minnətradlığımı bildirirəm”.
 
Hamşik millidə 135 oyun keçirib və 26 qola imza atıb. O, hər iki göstəricidə Slovakiya yığmasının rekordçusudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest