İspaniyanın "Atletik" (Bilbao) klubu baş məşqçisi Marselino Qarsiya Toralla yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Bilbao təmsilçisinin rəsmi saytı məlumat yayıb. 57 yaşlı mütəxəssis öz istəyi ilə postunu tərk edib.
 
Daha əvvəl Toralla klub rəhbərliyi arasında münaqişə olduğu yazılmışdı.
 
"Atletik" son mövsümdə La Liqanı 55 xalla 8-ci pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest