İsveçrə millisinin yarımmüdafiəçisi Yohan Manzambi sonradan meydana daxil olaraq dünya çempionatları tarixinə düşüb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı FİFA rəsmi şəkildə yayıb.
"Frayburq"un 20 yaşlı futbolçusu dünya çempionatının ikinci turunda Bosniya və Herseqovina ilə matçın 71-ci dəqiqəsində meydana çıxmasına baxmayaraq, 74 və 90-cı dəqiqələrdə qol vurmağı bacarıb. Matçın ən yaxşı oyunçusu seçilən isveçrəli futbolçu bu dublu ilə dünya çempionatı tarixində ehtiyatdan oyuna qoşulub 2 qol vuran ən gənc oyunçu ünvanına sahib çıxıb.
20 yaş 247 günlük olan Manzambi həm də 1950-ci ildən bəri dünya çempionatında qol vuran ən gənc isveçrəli futbolçu kimi tarixə keçib.
Qeyd edək ki, gənc yarımmüdafiəçi milli komandada keçirdiyi ümumilikdə 14 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.













