Dünya çempionatının qrup mərhələsinin ikinci turunda qırmızı vərəqə rekordu qırılıb.

"Matc.az" xəbər verir ki, turnirin bu erkən mərhələsində qeydə alınan qırmızı vərəqələrin sayı artıq əvvəlki iki dünya çempionatındakı ümumi göstəriciləri geridə qoyub.

İlkin olaraq İsveçrə - Bosniya və Herseqovina matçında (4:1) Tarik Muharemoviç qırmızı vərəqə alaraq meydandan qovulub və o, bu turnirdə cəzalandırılan dördüncü oyunçu olub.

Daha sonra Kanada - Qətər qarşılaşmasında (6:0) iki Asiya təmsilçisi futbolçunun birbaşa qırmızı vərəqə alması ilə bu rəqəm daha da artıb və turnir indidən tarixə keçib.

Qeyd edək ki, qırmızı vərəqə üzrə mütləq rekord 28 xəbərdarlıqla 2006-cı il dünya çempionatına məxsusdur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest