18 İyun 2026, 17:30
FUTBOL
"Sabah" heyətində təmizləmə işlərinə başlayaraq gənc braziliyalı müdafiəçisi Andrey Santosu icarəyə verib.
Matc.az xəbər verir ki, Masazır təmsilçisi 21 yaşlı mərkəz müdafiəçisinin təcrübə qazanması üçün onu Gürcüstanın "İberiya" klubuna göndərib.
Braziliyalı oyunçu Gürcüstan çempionatında cari mövsüm başa çatana qədər Tbilisi klubunun uğurları üçün tər tökəcək.
Qeyd edək ki, 2025-ci ilin yayından bəri "Sabah"ın şərəfini qoruyan Andrey Santos komandanın heyətində möhkəmlənə bilməmiş və cəmi 8 rəsmi matçda şans qazanmışdı. Rəhbərlik mütəmadi oyun praktikası qazanması məqsədilə gənc legionerin qonşu ölkəyə keçidinə yaşıl işıq yandırıb.












