Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.

"Matc.az" xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, iyunun 27-də Avstriyada ÇSKA-nın "Qarabağ"a qarşı planlaşdırılan yoxlama görüşü ləğv edilib. Bu qərarın verilməsinə hər iki komandanın UEFA Avropa Liqasında bir-birinə rəqib olmaq ehtimalı səbəb olub.

Belə ki, tərəflər Avroliqada ilk mərhələni uğurla keçəcəkləri təqdirdə növbəti raundda üz-üzə gələ bilərlər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest