"Qətər millisinin yarımmüdafiəçisi Asim Madibo dünya çempionatının qrup mərhələsinin ikinci tur matçında aldığı zədəyə görə kanadalı oyunçu İsmael Konedən üzr istəb.
"Matc.az" xəbər verir ki, bu barədə məlumatı Kanadanın baş məşqçisi Cessi Marş oyundan sonrakı mətbuat konfransında açıqlayıb.
Şimali Amerika təmsilçisinin Qətəri 6:0 hesabı ilə məğlub etdiyi matçın 52-ci dəqiqəsində Madibo rəqibinə qarşı çox kobud oynayıb və meydanı xərəkdə tərk edən Konenin baldır sümüyünün sındığı məlum olub. Baş məşqçi Marş hadisə ilə bağlı danışarkən qətərli futbolçunun soyunub-geyinmə otağına gələrək zərərçəkəndən şəxsən üzr istədiyini bildirib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ortaq ev sahibliyi etdiyi 48 komandalı turnirdə növbəti oyunlar iyunun 24-də keçiriləcək və burada Kanada İsveçrə ilə, Qətər isə Bosniya və Herseqovina ilə üz-üzə gələcək.













