AFFA-nın baş katibi Cahangir Fərəcullayev UEFA Marketinq Məsləhət Komitəsinin üzvü təyin edilib.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C. Fərəcullayev sözügedən komitədə fəaliyyət göstərəcək.

UEFA İcraiyyə Komitəsi UEFA Komitələri və Ekspert Panellərinin tərkibini müzakirə edib və qitə futbol qurumuna üzv assosiasiyalar tərəfindən təqdim edilən namizədlər əsasında təklif olunan yeni tərkibi təsdiqləyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest