Mayın 28-də Bakıda atıcılıq üzrə dünya kubokunun açılış mərasimi keçirilib. Matc.az xəbər verir ki, bədii hissədə maskotlar iştirak edib, Azərbaycanın milli mahnıları səsləndirilib.

Mayın 28-də Bakıda atıcılıq üzrə dünya kubokunun açılış mərasimi keçirilib. Matc.az xəbər verir ki, bədii hissədə maskotlar iştirak edib, Azərbaycanın milli mahnıları səsləndirilib.
 
Eləcə də tədbirdə  Müstəqil Azərbaycanın ilk Olimpiya çempionu Zemfira Meftahətdinova ad günü münasibətilə təbrik edilib.
 
Rəsmi hissədə açılışı Azərbaycan Gənclər və İdman nazirin müavini Mariana Vasilyeva edib. Vasilyeva çıxışında Azərbaycana təşrif buyuran qonaqları salamlayıb, ölkədə atıcılıq idman növünə marağın olduğunu bildirib, mötəbər yarışın Bakıda keçirilməsindən qürur duyduğunu dilə gətirib.
 
Sonda Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Vladimir Lisin tədbirdə çıxış edib. O, dünya kubokunun Bakıda keçirilməsinin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ölkə idmanına diqqət və qayğısının göstəricisi olduğunu qeyd edərək Gənclər və İdman naziri Fərid Qayıbov, eləcə də Azərbaycan Atıcılıq Federasiyasının prezidenti Vilayət Eyvazova turnirin təşkilinə görə təşəkkür edib.
 
Tədbirin rəsmi açılışı mərasimindən sonra dünya kubokunun seçmə mərhələ atışları keçirilib. 29 may-7 iyun tarixləri arasında final mərhələsinin yarışları baş tutacaq.
 
Dünya kubokunun startından öncə bu gün ölkəmizə təşrif buyuran nümayəndə heyətləri ilə Azərbaycan Atıcılıq Federasiyasında iclas keçirilib. İclas zamanı yarışların planları və sınaq dəyişiklikləri barədə bir daha xatırlatmalar edilib. VAR, heyətlərin püşkatması və marker lenti qaydaları diqqətə çatdırılıb. Dünya kubokunda iştirak edəcək idmançılar isə sınaq atışları edərək, son məşqlərini başa vurublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest