"Səbail"lə Topaz Premyer Liqasının XVI turunun oyunu 2 futbolçunun "Zirə"də debütü ilə nəticələnib. Matc.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Rafael Məhərrəmli və İsmael Fofana ilk dəfə "Qartallar"ın formasında rəsmi matça çıxıb.
Bu matçadək 66 futbolçu Premyer Liqada komandanın şərəfini qorumuşdu. "Zirə"nin 2:0 hesabı ilə qalib gəldiyi görüşə start heyətində çıxan Rafael bu siyahıya 67-ci, fasilədən sonra komanda yoldaşını əvəzləyən İsmael 68-ci olub. Məhərrəmli 35-ci yerli, Fofana 33-cü əcnəbi futbolçudur. 31 yaşlı hücumçu "Zirə"nin tarixində Fil Dişi Sahilindən olan ilk legionerdir. Bununla da "Qartallar"ın heyətində təmsil olunan xarici ölkələrin sayı 24-ə çatıb.
Məhərrəmli "Zirə"nin tarixinə düşüb. O, əvvəllər başqa klubda oynadığı Premyer Liqada meydana çıxan ən gənc futbolçumuz olub. 19 yaş 4 ay 12 günlüyündə komandada debüt edən yarımmüdafiəçi Vüsal İsgəndərlinin rekordunu (19 yaş 10 ay 10 gün) yeniləyib.
"Səbail"ilə oyunda hesabı açan Xulio Sezar Rodriges "Zirə"nin heyətində ilk qolunu vurub. İkinci matçında fərqlənən paraqvaylı komandanın heyətində Premyer Liqada fərqlənən 30-cu futbolçudur. O, bunu bacaran 16-cı legioner və Sezar Meza Kollidən sonra 2-ci paraqvaylıdır.
Xatırladaq ki, 2019-cu ilin ilk matçı olan "Sabah"la ev görüşündə daha üç oyunçu -Bəxtiyar Həsənalızadə, Mfo Kqasvane və Xulio Sezar Rodriges "Zirə"də debüt etmişdi.