Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Matc.az saytının məlumatına görə, toplantıda aşağı liqalardakı oyunlar zamanı baş vermiş neqativ hallara hüquqi qiymət verilib.

Bu baxımdan Region Liqasının "Uğur" (Sumqayıt) – "Baku" FC görüşünü fərqləndirmək olar. Oyunun 45+3-cü dəqiqəsində hakimi təhqir etdiyi üçün meydandan kənarlaşdırılan "Uğur"un futbolçusu Kənan Məmmədova 4 oyunluq cəza kəsilib. Matçın fasiləsində isə "Uğur"un məşqçisi Tural Salmanzadə eyni addıma əl atıb. O isə 5 oyunluq cəzalandırılıb.

U-10 Liqasının "Avey"(Ağstafa) – "Qədirli" (Tovuz) qarşılaşmasında ikincilərin heyətində lisenziyası olmayan futbolçu iştirak edib və bu səbəbdən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest