I divizionun XIV turunda yaşanan xoşagəlməz hadisələrə hüquqi qiymət verilib. Matc.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsi görüşlərdəki olayları müzakirə edib.

"Turan Tovuz" – "Qarabağ-2" matçında meydan sahibləri lazımı inventarlar olmamasına görə 160 manat, oyunun video yazısını təqdim etmədiyinə görə 80 manat cərimələnib. 

"Keşlə-2" ilə oyunda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan "Sumqayıt-2" 80 manat cərimələnib. "Gənclik şəhəri" tənmsilçisi futbolçusu Elvin Nəsibovun təhqiredici ifadələr işlətdiyinə görə də 160 manat ödəyəcək. Bu səbəbdən futbolçu 3 oyun cəzalanıb.

"Sabah-2" – "Neftçi-2" matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı klublar 80 manat ziyana düşüb. "Şüvəlan" – "Səbail-2" qarşılaşmasında isə hər iki komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 80 manat ödəyəcək. "Səbail-2"nin futbolçusu Xəlil Bəşirov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klubu 20 manat cərimələnib.

"Zirə-2" – "Ağsu" oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat ziyana düşüb. Qonaqlar lazımi tələbləri yerinə yetirmədiyi üçün matç 8 dəqiqə gec başladığından klub 240 manat cərimə olunub.

"Qaradağ Lökbatan"–"Zaqatala" qarşılaşmasında qonaqların futbolçusu Elşad Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubunu 20 manat xərcə salıb. Onun komanda yoldaşı Firuddin Mövsümovun da cəzası eyni olub. "Qaradağ Lökbatan"ın baş məşqçisi Elçin Dərgahquliyev  texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 80 manat сərimə edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest