"İdman-Azərbaycan" telekanalının rəhbərliyində dəyişiklik baş verib. Matc.az Strateq.az saytına istinadən xəbər verir ki, AzTV sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədovun sərəncamı ilə tanınmış idman şərhçisi Siyavuş Əliyev "İdman-Azərbaycan" telekanalının direktor əvəzi təyin olunub.

Əliyev Strateq.az saytına açıqlamasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, bu ay "İdman-Azərbaycan"ın yaradılmasının 10 ili tamam olub. Əliyev telekanal yaranan ilk günlərdən orada fəaliyyət göstərir. İndiyədək "İdman-Azərbaycan"ın direktor əvəzi Fərman Orucov idi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest