İyunun 3-də Şağan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında həndbol üzrə Azərbaycan birinciliyinə start veriləcək. Matc.az xəbər verir ki, yarışlarda Bakının 3 komandası ilə yanaşı, Gəncə, Mingəçevir şəhərlərindən olan 2006-2008-ci il təvəllüdlü oğlanlar mübarizə aparacaqlar.
 
Aprelin 5-dək davam edəcək yarışlar Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.
 
Yarışın qaliblərinə diplom və hədiyyələr təqdim olunacaq.
 
Bu yarışla yanaşı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında 28 may - Müstəqillik Gününə həsr olunmuş Bakı şəhər birinciliyi də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest