İngiltərə millisinin sabiq qapıçısı Qordon Benks vəfat edib. Matc.az xəbər verir ki, əfsanəvi qalkiper 82 yaşında dünyasını dəyişib.

Qapıçı 1966-cı ildə İngiltərə yığmasının qazandığı yeganə dünya çempionluğunda pay sahiblərindən olub. O, Azərbaycan hakimi Tofiq Bəhramovun məşhur qərarı ilə tarixə düşən final oyunundan sonra çempionluq sevinci yaşayıb.

2 il sonra Avropa çempionatının bürünc medalına yiyələnən Benks "çesterfild", "Lester", "Stok Siti" klublarında oynayıb, həmçinin ABŞ, CAR və İrlandiyada legioner həyatı yaşayıb. Qolkiper 1958-ci ildə başlayan peşəkar karyerasını 1977-ci ildə başa vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest