Formula 1 üzrə Azərbaycan qran-prisi ölkə ərazisində canlı yayımlanacaq. Matc.az xəbər verir ki, Bakıdakı yarış "İdman TV"də ekranlara gətiriləcək.
 
Belə ki, sözügedən kanal Formula 1-in 2022-ci il mövsümünün yayım hüququnu gec də olsa, əldə edə bilib. Baxmayaraq ki, cari mövsümün geridə qalan 7 qran-prisi ölkəmizdə yayımlanmayıb.
 
Xatırladaq ki, bir neçə gün öncə Prezident İlham Əliyev "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə 1.0 (bir) milyon manat ayırmışdı. Formula 1-in 2022-ci il mövsümünün yayım hüququnun da məhz bunun sayəsində alındığı ehtimal olunur.
 
Cari mövsümün Azərbaycan qran-prisi 10-12 iyunda gerçəkləşəcək. Mövsümün qalan qran-priləri də "İdman TV" vasitəsilə göstəriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest