02 İyun 2022, 21:55
DİGƏR
Qılıncoynatma üzrə Azərbaycan çempionatına start verilib. Matc.az xəbər verir ki, yarışın açılış mərasimindən sonra sablya növü üzrə qaliblər müəyyənləşib.
Kişilərin mübarizəsində Murad Əkbərov qızıl, Maqsud Hüseynli gümüş, Nahid Məmmədli və Saleh Məmmədov bürünc medal qazanıblar.
Qadınların yarışında Valeriya Bolşakova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sevik Bünyatova gümüş, Anna Başta və Palina Kaspiaroviç bürünc medala sahib çıxıblar.
Azərbaycan Qılıncoynatma Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çempionatın mükafatçıları diplom və medallarla təltif olunub.
Diplom və medalları mükafatçılara Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımov, vitse-prezidentlər Fərhad Kasimov və Fikrət Zeynalov, federasiya prezidentinin məsləhətçisi Yaşar Məmmədov təqdim edib.
Qılıncoynatma üzrə Azərbaycan çempionatına sabah yekun vurulacaq. Son yarış günündə şpaqa növü üzrə kişi və qadınlar arasında qaliblər müəyyənləşəcək.