04 İyun 2022, 00:09
DİGƏR
İyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində keçirilən "Norway Chess" turnirinin əsas mərhələsində növbəti görüşlərini keçiriblər. Matc.az xəbər verir ki, Məmmədyarov yarışın dördüncü günündə çinli Van Haonu qara fiqurlarla məğlub edib. 37 yaşlı qrossmeyster 7 xalla 4-cü pillədə qərarlaşıb.
Rəcəbov isə fransalı Maksim Vaşye-Laqravla ağ fiqurlarla heç-heçəyə razılaşıb. 35 yaşlı şahmatçı ikinci görüşdə rəqibini məğlub etməyi bacarıb. 3 xala malik olan qrossmeyster hazırda 8-cı sıradadır.
İyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.