04 İyun 2022, 18:10
DİGƏR
Albaniyanın paytaxtı Tiranada qadınlar və kişilər arasında ağır atletika üzrə Avropa çempionatı keçirilir. Matc.az xəbər verir ki, yarışda 39 ölkədən 289 atlet (145 qadın + 144 kişi) iştirak edir.
çempionata Azərbaycan təmsilçisi də qatılıb. Dadaş Dadaşbəyli 102 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 172 kq-ı ram edib. Ancaq təəssüf ki, idmançımız qolundakı zədə üzündən yarışı davam etdirə bilməyib.