Bakıda təşkil olunan atıcılıq üzrə dünya kuboku davam edir. Matc.az xəbər verir ki, bu gün 25 metr məsafəyə tapançadan atəş üzrə qadınlar arasında komanda yarışında Ukrayna komandası tailandlıları 17:11 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. 
 
Final yarışına Ukraynanın bayrağı rənglərində bantla çıxan tailandlı qızların hərəkəti isə hər kəsi kövrəldib.
 
Növbəti qızıl medalı 50 metr məsafəyə tüfəngdən atəş üzrə qarışıq komanda yarışında hindistanlı idmançılar qazanıb. Finalda Hindistan komandasına məğlub olan ukraynalılar ikinci yer ilə kifayətləniblər.  Polşa komandası isə bürünc medal qazanıb.
 
25 metr məsafəyə tapançadan sürətli atəşaçma üzrə kişilər arasında yarışda Fransa idmançıları həm qızıl, həm bürünc medallar qazanıblar. Gümüş medalı isə Almaniya yığması qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest