08 İyun 2022, 15:27
DİGƏR
Para-üzgüçülük üzrə Azərbaycan milli komandası Portuqaliyanın Madeyra şəhərində keçiriləcək dünya çempionatına yollanıb. Matc.az Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, heyətdə Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibləri Raman Saleh və Vəli İsrafilov yer alıb.
Onlar mundialda baş məşqçi Alavərdi Culfayevin rəhbərliyi altında çıxış edəcəklər.
Xatırladaq ki, iyunun 18-dən davam edəcək dünya çempionatı Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.