Azərbaycanın üzgüçülük üzrə yığması "Golden Orlando" adlı beynəlxalq turnirdə iştirak etmək üçün 11 nəfərlik heyətlə Xorvatiyanın Dubrovnik şəhərinə yola düşüb. Matc.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan üzgüçülük Federasiyasının mətbuat xidməti yayıb.
 
Yarış ölkəmizi Türkiyədə keçiriləcək 5-ci İslam Həmrəylik Oyunlarında təmsil edəcək milli komandanın üzvləri üçün təsnifat vaxtlarını təsdiq etmək baxımından önəmlidir. Beynəlxalq turnirə dünyanın bir çox ölkələrindən müxtəlif yaş kateqoriyalarında idmançılar qatılır və yarışlar Beynəlxalq üzgüçülük Federasiyasının bayrağı altında keçirilir.
 
Federasiyadan onu da bildiriblər ki, turnir bitdikdən sonra komandanın bir qrup üzvü Vətənə dönəcək və 17-19 iyun tarixlərində Bakı şəhərində keçiriləcək Açıq Yay çempionatına qatılacaq. Digər iki üzgüçümüz – Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah Macarıstanın Györ şəhərində yerli yığma komanda ilə birgə təlim-məşq toplanışına qatılacaqlar. Toplanış bitdikdən sonra hər iki üzgüçümüz iyunun 18-dən 23-nə kimi Macarıstanda təşkil olunacaq dünya çempionatında iştirak edəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest