Şəhriyar Məmmədyarov bu gün Norveçin Stavanger şəhərində keçirilən "Norway Chess" turnirinin qalibi ola bilər.

Şəhriyar Məmmədyarov bu gün Norveçin Stavanger şəhərində keçirilən "Norway Chess" turnirinin qalibi ola bilər. Matc.az xəbər verir ki, 37 yaşlı qrossmeyster yarışın sonuncu – 9-cu günündə həmyerlisi Teymur Rəcəbovla ağ fiqurlarla oynayacaq.
 
Məmmədyarov hazırda 14,5 xalla ikinci pillədə qərarlaşıb. 6,5 xalı olan Rəcəbov 9-cu sıradadır.
 
15 xala malik norveçli dünya çempionu Maqnus Karlsen liderdir. O, sonuncu görüşündə bolqarıstanlı Veselin Topalovla qara fiqurlarla mübarizə aparacaq.
 
Bu gün başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest