Formula 1 və Formula 2 üzrə Azərbaycan qran-prisində ilk günə yekun vurulub. Matc.az xəbər verir ki, Formula 1-də iki sərbəst yürüş, Formula 2-də isə sərbəst yürüş və sıralama turu gerçəkləşib.
 
Formula 1-də "Red Bull"dan Serxio Peres və "Ferrari"dən Şarl Lekler test yürüşlərində ən yaxşı nəticəni göstəriblər.
 
Formula 2-də isə "Hitech Grand Prix" komandasından Yuri Vips hər iki yarışda birinci olub.
 
Azərbaycan qran-prisi iyunun 12-də başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest