11 İyun 2022, 17:00
DİGƏR
Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan qran-prisində üçüncü sərbəst yürüş baş tutub. Matc.az xəbər verir ki, təxminən bir saat davam edən yürüşün sonunda "Red Bull"un pilotu Serxio Peres ən yaxşı nəticəni göstərib.
"Ferrari"dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen isə üçüncü olub.
Xatırladaq ki, ötən gün baş tutan test yürüşlərində "Red Bull"dan Serxio Peres və "Ferrari"dən Şarl Lekler ən yaxşı nəticəni göstərmişdi.
Bu gün saat 18:00-19:00 aralığında isə sıralama turu keçiriləcək. Azərbaycan qran-prisində mübarizəyə sabah yekun vurulacaq.