15 İyun 2022, 13:21
FUTBOL
Almaniyanın “Ersgebirge” klubu Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovla müqavilənin müddətini uzadıb
Almaniyanın “Ersgebirge” klubu Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovla müqavilənin müddətini uzadıb. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni mövsümdən 3-cü liqada oynayacaq Aue təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə 1 illik sözləşmə imzalayıb.
Xatırladaq ki, Nazarov 2016-cı ildən Almaniya klubunda çıxış edir.