Ağır atletika üzrə Azərbaycan yığma komandası Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Matc.az xəbər verir ki, atletlərimiz qarşıdakı beynəlxalq yarışlara hazırlığı Emil Əliyevin rəhbərlik etdiyi məşqçilər heyətinin tapşırıqları əsasında davam etdirirlər.
 
Göygöldəki toplanış iyunun 28-nə qədər davam edəcək. Buna qədər yığma komanda Sumqayıt Olimpiya İdman Kompleksi və Şüvəlandakı Ağır Atletika Akademiyasında toplanışda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest