Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımov və baş katib Vasif Məmmədov Türkiyənin Antalya şəhərində keçirilən Avropa Qılıncoynatma Konfederasiyasının konqresində iştirak edib. Matc.az xəbər verir ki, bu gün Antalyada qılıncoynatma üzrə Avropa çempionatına da start verilib.
 
Azərbaycan yığması qitə çempionatında qılıncoynatmanın sablya və şpaqa növündə həm şəxsi, həm də komanda yarışında iştirak edəcək. Bu növlərdə yarış günləri 19 və 22 iyuna təsadüf edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest