17 İyun 2022, 14:01
DİGƏR
Xorvatiyanın Zaqreb şəhərində taekvondo üzrə "Croatia Open" açıq birinciliyi keçirləcək. Matc.az xəbər verir ki, 18-19 iyunda baş tutacaq yarışda iki milli komandamzın idmançıları qüvvələrini sınayacaq.
Belə ki, gənc millinin baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov 20 (13 oğlan və 7 qız), yeniyetmə millinin baş məqşmisi Elnur Amanov və böyük məşqçi Vurğun Cəfərov isə 20 (12 oğlan və 8 qız) idmançı ilə artıq Zaqrebə yollanıb.
Sayca 26-cı olan G2 kateqoriyalı turnirdə gənclərdən Xıdır Məmmədov (45 kq), Pünhan Mürsəlov, Nihad Məmmədzadə (hər iksi 48 kq), Adil Eyvazov, İslam Əhmədzadə (hər ikisi 51 kq), Kənan Əmraslanov (55 kq), Erkan Işlı, Fərid Əliyev (hər iksi 59 kq), Nizami Hacıyev (63 kq), Vaqif Hacıyev, Xan Məmmədzadə (hər ikisi 68 kq), İsmət İsrafilzadə (73 kq), Hüseyn Xudiyev (78 kq), Zemfira Həsənzadə (42 kq), Səlimə Quliyeva (44 kq), Nərgiz Kazımova (49 kq), Səmmərux Osmanova (52 kq), Leyla Bəşirova (55 kq), Fatimə Həsənova, Elnarə İbrahimova (59 kq) qüvvələrini sınayacaq.
Yeniyetmə taekvondoçulardan Mehdi Budaqlı və Səfər Behdubzadə (hər ikisi 33 kq), İlyas Hətəmli (37 kq), Vüqar Aslanov (41 kq), Fuad Məhərrəmli (45 kq), Tamerlan Yaqubov (49 kq), Vasif Səlimov (53 kq), Əbdülsübhan Dadaşlı (57 kq), Yunis Hüseynov, Rahil Umudov (hər ikisi 61 kq), Elcan Əliyev (65 kq), Nihad Həsənov (+65 kq), Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Alidə Əliyeva (37 kq), Firəngüll Abbaszadə, Sehri Cəlalova (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq), Fatimə Həsənova (51 kq) dayanq üzərinə çıxacaq.
28 iyul-7 avqustda Bolqarıstanın paytaxtı Sofiya şəhərində gənclər və yeniyetmələr arasında dünya birinciliyi keçiriləcək. Bu turnir dünya birincilyi öncəsi idmançılarımız üçün sınaq xarakteri daşıyır.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə yarışa qatılacaq komandalarımız 20 iyunda vətənə qayıdacaq.