17 İyun 2022, 23:07
DİGƏR
Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) Türkiyənin Konya şəhərində keçirilən qran-pri yarışında Azərbaycan komandası ilk uğurunu əldə edib. Matc.az xəbər verir ki, stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışında Əli Hüseynli və Alina Rəfixanova bürünc medal qazanıblar.
Konya-2022 qran-prisi iyunun 13-də başlayıb. Azərbaycanı yarışda 14 idmançı təmsil edir.