Azərbaycan Budo Federasiyasının prezidenti Faiq Rəfiyev Dünya S-1 peşəkar Muay-Tay Federasiyasının vitse-prezidenti seçilib. Matc.az xəbər verir ki, Taylandın paytaxtı Banqkok şəhərində keçirilən seçkilərdə Rəfiyevə ölkələr üzrə nümayəndələrin təyin olunması və S-1 üzrə dünya səviyyəli yarışların təşkili həvalə olunub.
 
Grand Master və Döyüş Növləri üzrə Fəlsəfə Doktoru olan Faiq Rəfiyev Dünya S-1 Federasiyasının baş katibi və prezidenti Dr.Sonqçayi Ratanasubanın oğlu Dr.Sirahop Ratanasubanla da görüşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest